
Premyer Liqada antirekord
- 08 Apr 2025 18:00
- 101
"Lester Siti" İngiltərə Premyer Liqasında yeni antirekorda imza atıb.
Rekord.az xəbər verir ki, komanda ötən gecə 31-ci tur çərçivəsində doğma meydanda "Nyukasl"a uduzub - 0:3.
Lester təmsilçisi İngiltərə çempionatı tarixində ardıcıl 8 ev matçında heç bir qol vurmadan məğlub olan ilk komanda olub.
"Lester Siti" Rud van Nistelroyun rəhbərliyi altında Premyer Liqada son 18 matçda yalnız 2 qələbə qazanıb və 1 dəfə heç-heçə edib.
Hazırda "Lester Siti" turnir cədvəlində 17 xalla 19-cudur.