Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivləri növbəti dəfə koronavirus testindən keçib. Sport24.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Xəbərdə, 19-25 aprel aralığında 2787 nəfərdən götürülmüş koronavirus testlərinin hamısının nəticəsinin neqativ olduğu bildirilib.

Premyer Liqada bu mövsüm ilk dəfə həftəlik alınan koronavirus testlərinin hamısının nəticəsi mənfi olub.