Premyer Liqada daha bir matç təxirə salındı - koronavirusa görə
- 02 Yan 2021 18:40
- 533
Futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində sabah keçirilməli olan “Bernli” – “Fulhem” matçı təxirə salınıb.
Rekord.az xəbər verir ki, bu barədə “Fulhem” klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, komandada koronavirusa yoluxanların sayının artması səbəbindən “Bernli” ilə matçın təxirə salındığı bildirilib.
“Bernli” – “Fulhem” matçına sabah saat 16:00-da start veriləcəkdi.
Xatırladaq ki, daha əvvəl London təmsilçisinin dekabrın 30-da "Tottenhem"lə matçı da eyni səbəbdən təxirə salınmışdı. Dekabrın 28-də keçirilməli olan "Everton" - "Mançester Siti" oyunu da koronavirusa görə baş tutmayıb.