Futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları üçün növbəti təyinatlar müəyyənləşib.

Rekord.az xəbər verir ki, sabah keçiriləcək “Səbail”– “Zirə” matçı Vüqar Həsənliyə tapşırılıb.

Bazar günü baş tutacaq “Sabah” – “Qəbələ” görüşünü isə FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Azərbaycan Premyer Liqası
2-ci tur

12 sentyabr

Səbail - Zirə
Hakimlər: Vüqar Həsənli, Rahil Ramazanov, Kamran Bayramov, Orxan Məmmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “ASCO Arena”, 19:00.

13 sentyabr

Sabah - Qəbələ
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.
Hakim-inspektor: Fariz Yusifov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Masazır. “Bank Respublika Arena”, 19:00.