![photo](https://www.rekord.az/storage/uploads/5/premyer-liqa-2.png)
Premyer Liqada daha iki oyunun hakimləri bəlli oldu
- 13 Mar 2021 13:31
- 576
Futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci turun daha iki oyunu üçün təyinatlar açıqlanıb.
Rekord.az xəbər verir ki, sabah keçiriləcək “Neftçi” - “Səbail” matçının baş hakimi Kamal Umudlu olacaq.
“Qəbələ” - “Zirə” görüşü isə Vüqar Həsənliyə tapşırılıb.
Azərbaycan Premyer Liqası
20-ci tur
14 mart
“Qəbələ” - “Zirə”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Rəhim Həsənov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Qəbələ şəhər stadionu, 15:00.
“Neftçi” - “Səbail”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Rahil Ramazanov, Tural Qurbanov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Bakcell Arena”. 17:15.