İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı futbolçusu məlum olub.

Rekord.az xəbər verir ki, bu, “Liverpul”un futbolçusu Trent Aleksander-Arnolddu. 

Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. 21 yaşlı müdafiəçi “Liverpul”la dekabrda iştirak etdiyi 5 Premyer Liqa matçında 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

Premyer Liqada dekabr ayının ən yaxşı baş məşqçisi isə “Liverpul”un çalışdırıcısı Yurgen Klopp seçilib. Sözügedən komanda almaniyalı mütəxəssisin rəhbərliyi ilə dekabrda Premyer Liqada keçirdiyi 5 oyunun hamısında qələbə qazanıb.

 

 

X