Premyer Liqada əllə görüşmək qadağan olundu - RƏSMİ
- 06 Mar 2020 13:21
- 575
İngiltərədə artan koronavirus xəstələrinin sayının artması Premyer Liqa rəhbərliyini də bəzi qərarlar almağa vadar edib.
Rekord.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa oyunlarında bundan sonra futbolçuların matçdan öncə əl sıxaraq salamlaşması, eləcə də qucaqlaşması qadağan olunub.
Bu, təkcə futbolçulara aid deyil. Həkimlərin tibbi tövsiyyələrini nəzərə alan Premyer Liqa rəhbərliyi hətta oyuna təyinat alan bütün rəsmilərin, klub işçilərinin, məşqçilərin də əllə görüşməsini qadağan edib.
Sözügedən qadağa Premyer Liqanın bu həftə baş tutacaq 29-cu turundan etibarən qüvvədə olacaq.
Qeyd edək ki, artıq bu cür qadağalar Belçika və Şotlandiya çempionatlarında da tətbiq olunmağa başlayıb.