“Arsenal”ın baş məşqçisi Mikel Arteta fevral ayı üçün İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib.

Rekord.az xəbər verir ki, 41 yaşlı mütəxəssislə yanaşı, Pep Qvardiola (“Mançester Siti”) və Erik ten Haq (“Mançester Yunayted”) da mükafata namizəd idi.

Fevral ayında “Arsenal” 4 matçda 4 qələbə qazanıb.

Artetanın komandası turnir cədvəlində lider “Liverpul”dan 2 xal geri qalaraq, üçüncü yerdədir.