Futbol üzrə İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Rekord.az xəbər verir ki, “Mançester Siti”nin futbolçusu İlkay Gündoğan ötən ayın ən yaxşı futbolçusu elan olunub.

Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Türk əsilli almaniyalı yarımmüdafiəçi ötən ay Premyer Liqada 5 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Xatırladaq ki, İlkay Gündoğan yanvar ayında da Premyer Liqanın ən yaxşı oyunçusu seçilmişdi. Bunun nəticəsində 30 yaşlı yarımmüdafiəçi “Mançester Siti”də ardıcıl iki ayın ən yaxşısı elan edilən ilk futbolçuya çevrilib.