Futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu turun iki oyunu üçün bütün təyinatlar müəyyənləşib.

Rekord.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, “Səbail” – “Sumqayıt” görüşü Əliyar Ağayevə, “Keşlə” – “Qəbələ” matçı isə Elçin Məsiyevə tapşırılıb.

Azərbaycan Premyer Liqası
9-cu tur

7 noyabr

14:00. “Keşlə” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “ASK Arena”.

16:00. “Səbail” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Vüqar Həsənli.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Bakı. “ASCO Arena”.