Premyer Liqada koronavirus testinin nəticələri açıqlandı
- 28 May 2020 11:20
- 554
Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivindən növbəti dəfə koronavirus testi götürülüb.
Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 20 klubda bütövlükdə 1008 nəfər koronavirus testindən keçib. Onların arasında yalnız 4 nəfərin nəticəsi müsbət çıxıb. Həmin şəxlərin adları və hansı klubdan olmaları açıqlanmasa da, 7 gün karantində qalacaqları bildirilib.
Xatırladaq ki, Premyer Liqa klublarında daha öncə götürülən testlərdən 8-nin nəticəsi pozitiv çıxmışdı.
Koronavirus pandemiyasına görə mart ayından dayandırılan İngiltərə Premyer Liqasının iyundan etibarən bərpa olunması gözlənilir. Artıq klubların kollektiv məşqlərə başlamasına da icazə verilib.