Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivləri növbəti dəfə koronavirus testindən keçib.

Rekord.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Xəbərdə 8-14 mart aralığında 2664 nəfərdən götürülmüş koronavirus testlərindən ikisinin nəticəsinin pozitiv çıxdığı diqqətə çatdırılıb.

Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb. Onlar 10 günlük karantinə alınıblar.