Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivləri növbəti dəfə koronavirus testindən keçirilib.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Xəbərdə, 16-22 noyabr aralığında 1530 nəfərdən koronavirus testi götürüldüyü, 8 nəfərdə yoluxma faktı qeydə alındığı diqqətə çatdırılıb.

Bununla da, 31 avqustdan bəri koronavirus testi müsbət nəticə verənlərin sayı 76-ya çatıb.

Koronavirusa yeni yoluxanların kimliyi və hansı kluba məxsus olmaları açıqlanmır. Onlar qaydalara uyğun olaraq 10 gün karantində qalacaqlar.