Premyer Liqada məhsuldarlıq rekordu
- 25 Noy 2019 13:30
- 804
Azərbaycan Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu qeydə alınıb.
Rekord.az PFL-ə istinadən xəbər verir ki, 12-ci turun 4 oyununda qapılara 16 top vurulub. Bütün komandaların qol sevinci yaşadığı turda “Neftçi” “Qəbələ”ni 4:1, “Sabah” “Səbail”i, “Zirə” “Keşlə”ni eyni – 3:1, “Sumqayıt” “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib.
Orta məhsuldarlıq 4-ə bərabər olub. Bunadək mövsümün rekordu 9-cu tura təsadüf etmişdi. 14 qolun vurulduğu vaxt orta göstərici 3,50-yə bərabər idi.
Sonuncu dəfə bu rəqəmin 4 və ya daha yüksək olması ötən mövsümün 23-cü turunda qeydə alınıb. Həmin vaxt 16 qol vurulub, məhsuldarlıq 4-ə bərabər olub. Ötən mövsümkü mütləq rekord isə 11-ci tura məxsusdur – 17 qol (4,25).