Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün sonuncu – 38-ci turunun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, son turun bütün görüşləri eyni gündə baş tutub. Çempion “Liverpul” səfərdə “Nyukasl”a qalib gəlibsə, ikinci pillədə qərarlaşan “Mançester Siti” “Norviç”i darmadağın edib.

Turun mərkəzi görüşündə “Lester” “Mançester Yunayted”i qəbul edib. “Qırmızı şeytanlar” bu oyunda inamlı qələbəyə seviniblər. “Arsenal” autsayder “Uotford”a, “Çelsi” isə “Vulverhempton”a qalib gəlib.

Beləliklə, mövsümün yekunlarına görə “Liverpul” çempion olubsa,

“Mançester Siti” gümüş, “Mançester Yunayted” bürünc medallara sahib çıxıb. Bu üç komanda ilə yanaşı, “Çelsi” də İngiltərəni UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb. “Lester”lə “Tottenhem” isə Avropa Liqasına vəsiqə ilə kifayətlənib.

Sonuncu pillədə qərarlaşan “Norviç”lə yanaşı, 34 xalla 18 və 19-cu yerləri tutan “Bornmut”la “Uotford” da Premyer Liqanı tərk edib. Sözügedən kollektivlər növbəti mövsümdə Çempionşipdə mübarizə aparacaqlar.

İngiltərə Premyer Liqası
38-ci tur

26 iyul

Arsenal – Uotford 3:2
Qol: Obameyanq, 5-pen; 33. Tirni, 24 – Dini, 43-pen. Uelbek, 66.

Bernli – Brayton 1:2
Qol: Vud, 44 – Bissuma, 20. Konolli, 50.

Çelsi – Vulverhempton 2:0
Qol: Maunt, 45+1. Jiru, 45+4.

Kristal Pelas – Tottenhem 1:1
Qol: Şlupp, 53 – Keyn, 13.

Everton – Bornmut 1:3
Qol: Kin, 41 – Kinq, 13-pen. Solanke, 45+1. Stanislas, 80.

Lester – Mançester Yunayted 0:2
Qol: B.Fernandes, 71-pen. Linqard, 90+8.

Mançester Siti – Norviç 5:0
Qol: Q.Jesus, 11. De Breyne, 45+1; 90. Sterlinq, 79. Mahrez, 83.

Nyukasl – Liverpul 1:3
Qol: Qayle, 1 – Van Deyk, 38. Oriqi, 59. Mane, 89.

Sauthempton – Şeffild Yunayted 3:1
Qol: Adams, 50; 71. İnqs, 84-pen – Lundstram, 26.

Vest Hem – Aston Villa 1:1
Qol: Yarmolenko, 85 – Qriliş, 84.