Futbol üzrə İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün ən yaxşı baş məşqçisi məlum olub.

Rekord.az xəbər verir ki, bu, “Liverpul”un çalışdırıcısı Yurgen Kloppdur. Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

Kloppun baş məşqçisi olduğu “Liverpul” İngiltərə Premyer Liqasında çempion olub.

Alman mütəxəssis ən yaxşı baş məşqçi nominasiyasında “Çelsi”dən Frenk Lempard, “Lester Siti”dən Brendan Rocers və “Şeffild Yunayted”dən Kris Uaylderi qabaqlayıb.