İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün ən yaxşı gənc futbolçusu müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu, “Liverpul”un futbolçusu Trent Aleksander-Arnolddur. Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

21 yaşlı futbolçu mükafat uğrunda “Mançester Yunayted”dən Meyson Qrinvud, Antoni Marsyal, Markus Reşford, “Aston Villa”dan Cek Qriliş, “Şeffild Yunayted”dən Din Henderson, “Çelsi”dən isə Kristian Pulişiç və Meyson Mauntu geridə qoyaraq, qalib olub. O, son mövsümdə Premyer Liqanın bütün oyunlarında iştirak edib.
Aleksandr-Arnold meydana çıxdığı 38 oyunda 4 qol vurub və müdafiəçi üçün rekord sayılan 13 məhsuldar ötürmə edib.

Premyer Liqada 2018/19-cu il mövsümünün qalibi “Liverpul” olub.