İngiltərənin "Şeffild Yunayted" klubu baş məşqçisi Pol Hekinqbottomla yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

46 yaşlı mütəxəssislə yanaşı, köməkçiləri Stüart Makkal və Mark Hadson da komanda ilə vidalaşıb.

Bu, Premyer Liqanın 2023/2024 mövsümündə ilk baş məşqçi istefasıdır. 2021-ci ildən "Şeffild Yunayted"in "sükanı arxasında" olan Hekinqbottom 2022/2023 mövsümündə komandanı əsas liqaya yüksəldib. Klub hazırda 5 xalla sonuncu - 20-ci yerdədir.