Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün ilk turunun 2 oyununa hakim təyinatları açıqlanıb.

Rekord.az xəbər verir ki, “Sabah” - “Səbail” matçı Rəşad Əhmədova tapşırılıb.

“Keşlə” - “Sumqayıt” görüşünü isə Kamal Umudlu idarə edəcək.

Hər iki qarşılaşma eyni gündə - avqustun 14-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
1-ci tur

14 avqust

18:30. “Sabah” – “Səbail”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Fərid Hacıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Masazır. “Bank Respublika Arena”.

20:30. “Keşlə” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Vüqar Həsənli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “ASK Arena”.