Premyer Liqada mövsümün rekordu
- 29 Okt 2019 13:43
- 760
Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb.
Rekord.az xəbər verir ki, 9-cu turda 14 qol vurulub. Bu da cari mövsüm üçün ən yüksək göstəricidir. Toplardan 6-sı “Sumqayıt” – “Neftçi” (2:4), 4-ü “Sabah” – “Zirə” (2:2), 3-ü “Keşlə” – “Qəbələ” (2:1), 1-i “Qarabağ” – “Səbail” oyununa təsadüf edib.
Meydan sahibləri və qonaqların eyni sayda – 7 dəfə fərqləndiyi turda orta məhsuldarlıq 3,50-yə bərabər olub. Bunadək mövsümün rekordu 13 qolun vurulduğu 3-cü turda qeydə alınmışdı. Maraqlıdır ki, həmin turda da eyni cütlər üz-üzə gəlib. “Qəbələ” – “Keşlə” və “Səbail” – “Qarabağ” görüşləri eyni – 0:4, “Neftçi” – “Sumqayıt” qarşılaşması 2:1, “Zirə” – “Sabah” oyunu 1:1 hesabı ilə başa çatıb.
Sonuncu dəfə ən azı 14 qolun vurulduğu tur ötən mövsümün sonunda yaşanıb. 28-ci turda indiki kimi, 14 qol qeydə alınıb.