İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı baş məşqçisi bəlli olub.

Rekord.az xəbər verir ki, bu ada "Aston Villa"nın "sükanı arxasında" olan Unay Emeri layiq görülüb.

Mütəxəssis azarkeşlərin səsverməsinə əsasən Andoni İraola ("Bornmut"), Devid Moyes ("Vest Hem") və Yurgen Kloppu ("Liverpul") qabaqlayıb.

Qeyd edək ki, "Aston Villa" Premyer Liqada 42 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider "Liverpul"dan 3 xal az toplayıb.

Premyer Liqada dekabrın ən yaxşı oyunçusu isə “Bornmut”un hücumçusu Dominik Solanke seçilib. O, ötən 6 oyunda 5 qol vurub.

19 turdan sonra “Bornmut” 25 xalla Premyer Liqanın turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.