Futbol üzrə İngiltərə Premyer Liqasında mövsümün bərpası üçün yeni təklif irəli sürülüb.

Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının prezidenti Qordon Teylor açıqlama verib.

O, Premyer Liqa matçlarının 90 dəqiqədən daha az ola biləcəyiylə bağlı təklifin olduğunu deyib.

Teylor, mövsümün bərpasıyla bağlı təkliflər arasında ehtiyat oyunçuların sayının artırılması və matçların vaxtlarının azaldılmasının olduğunu bildirib.