Premyer Liqada sentyabrın ən yaxşıları
- 11 Okt 2019 17:42
- 774
İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusu məlum olub.
Rekord.az xəbər verir ki, bu, “Arsenal”ın futbolçusu Pyer-Emerik Obameyanqdır.
Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Obameyanq ötən ay iştirak etdiyi 4 oyunda 5 qol vurub.
İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı baş məşqçisi də müəyyənləşib. Bu, “Liverpul”un baş məşqçisi Yurgen Kloppdur. Bu barədə Mersisayd klubunun rəsmi saytı məlumat verib. Alman mütəxəssisin rəhbərlik etdiyi “qırmızılar” sentyabr ayında çempionatda keçirdiyi hər 3 oyunda qələbə qazanıb.
Klopp, cari mövsümdə sözügedən mükafatı avqust ayında da qazanmışdı.