Premyer Liqada son mövsümün ən yaxşısı məlum oldu
- 16 Avq 2020 18:00
- 637
İngiltərə Premyer Liqasında 2019/20-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu, “Mançester Siti”nin futbolçusu Kevin de Breynedir.
29 yaşlı futbolçu başa çatan mövsümdə 13 qol vurub, 20 məhsuldar ötürmə edib. O, məhsuldar ötürmə sayında Tyerri Anrinin 2002/03 mövsümündəki rekordunu yeniləyib.
Bundan başqa, de Breyne 2011/12 mövsümündə Vensan Kompani (“Mançester Siti”) və 2014/15 mövsümündə Eden Hazarddan (“Çelsi”) sonra bu mükafata layiq görülən 3-cü belçikalı futbolçu olub.