![photo](https://www.rekord.az/storage/uploads/5/0946f71d-ea45-3106-97a8-bfc29ebd20b9-850.jpg)
Premyer Liqada tarixi hadisə baş verəcək
- 03 Noy 2023 19:50
- 363
İngiltərə Premyer Liqasında tarixi hadisə baş verəcək.
Rekord.az xəbər verir ki, ilk dəfə bir oyunda qadın hakim fəaliyyət göstərəcək.
Belə ki, Rebekka Uelç 11-ci turun “Fulhem” – “Mançester Yunayted” matçına təyinat alıb. 39 yaşlı FIFA referisi həmin qarşılaşmanın dördüncü hakimi olacaq.
“Fulhem” – “Mançester Yunayted” matçı noyabrın 4-də keçiriləcək.