İngiltərə Premyer Liqasında koronavirus pandemiyasına qarşı vaksinasiya məcburi olacaq.

Rekord.az "La Repubblica"ya istinadən xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası qərar verib.

Futbolçular, məşqçilər və klub nümayəndələri oktyabrın 1-dək iki doza olmaqla vaksinasiyadan keçməlidir. Bu qaydaya əməl etməyənlər çempionat matçlarına buraxılmayacaqlar.

Qeyd edək ki, Premyer Liqada yeni mövsüm avqustun 13-də başlayacaq.