Premyer Liqada yanvarın ən yaxşı futbolçusu bəlli oldu
- 12 Fev 2021 22:30
- 622
Futbol üzrə İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı oyunçusunun adı açıqlanıb.
Rekord.az xəbər verir ki, “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan ötən ayın ən yaxşı futbolçusu elan olunub.
Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. O, ötən ay keçirdiyi 6 oyunda 5 qolla yadda qalıb.
30 yaşlı türk əsilli almaniyalı futbolçu bu mükafatı ilk dəfə qazanıb.