
Premyer Liqada yay transfer pəncərəsinin vaxtı açıqlandı
- 27 Mar 2025 18:30
- 98
İngiltərə Premyer Liqası klubları yay transfer pəncərəsinin tarixləri ilə bağlı razılığa gəliblər.
Rekord.az xəbər verir ki, bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytı məlumat yayıb.
Transfer pəncərəsi FİFA klublararası dünya çempionatı ilə bağlı qeydiyyat müddəti ilə əlaqədar iyunun 1-dən iyunun 10-dək və iyunun 16-sından sentyabrın 1-dək olacaq.
2025-ci il klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Turnirdə ilk dəfə olaraq 32 komanda çıxış edəcək. Yarışda İngiltərə Premyer Liqasını “Mançester Siti” və “Çelsi” təmsil edəcək.