İngiltərə Premyer Liqasında 23-cü turun rekordla yadda qalıb.

Rekord.az xəbər verir ki, son turda vurulan qolların ümumi sayı 45 olub və bu, Premyer Liqa tarixində rekordun yenilənməsi deməkdir. 

Əvvəlki rekord 44 qol idi - 2020/21 və 2022/23 mövsümlərinin hərəsində bir dəfə tur məhsuldar alınıb.

Hazırda İPL-də bir matç üçün orta qol 3,2-dir. Bu sürətlə 2023/24 mövsümünün də qol rekordu qıra bilər. Bu mənada rekord ötən mövsüm müəyyən edilib - 1084 qol. Bu mövsüm hazırkı tempi davam edərsə, çempionatın sonuna qədər təxminən 1216 qol vurulacaq.