Moskva "Spartak"ının futbolçusu Manfred Uqalde Rusiya Premyer Liqasında rekorda imza atıb.


Rekord.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, kosta-rikalı hücumçu Rusiya çempionatları tarixində ardıcıl üç oyunda 8 qol vuran ilk futbolçu olub.


Bundan əvvəl İqor Simutenkov, Artyom Dzyuba, Vaqner Lav və artıq karyerasını bitirmiş Seydu Dumbiya ardıcıl üç matçda 7 qol vurmuşdu.


Uqalde 2024-cü ilin yanvarında "Spartak"a transfer olunub. Onun hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. 22 yaşlı oyunçu 21 matçda iştirak edib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib.