“Nyukasl”ın yarımmüdafiəçisi Allan Sen-Maksimen bundan sonra Səudiyyə Ərəbistanında çıxış edəcək.

Rekord.az xəbər verir ki, 26 yaşlı fransalı vinger “Əl-Əhli” klubuna transfer edilib.

O, yeni klubu ilə 3 illik müqavilə imzalayıb. “Nyukasl” isə bu keçiddən 27,2 milyon avro qazanıb.

2019-cu ildən “Nyukasl”da çıxış edən sol cinah vingeri İngiltərə klubunda bütövlükdə 124 oyuna 13 qol vurub, 21 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Nitsa”, “Bastiya”, “Hannover”, “Sent Etyen” və “Monako”da da oynayıb.