Premyer Liqamızda yeni mövsümün ilk cəzaları açıqlandı
- 08 Sen 2020 13:32
- 596
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 1-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Neftçi” – “Səbail” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Sumqayıt” – “Keşlə” oyununda “Keşlə”nin 3 nömrəli futbolçusu Tərlan Quliyev sifariş vərəqəsində qeyd olunmuş nömrəsindən fərqli nömrəli formada meydançaya çıxdığı üçün klub 800 manat cərimə olunub.
“Qəbələ” – “Zirə” oyununda təcili yardım nümayəndəsi təyin olunan vaxtda oyun öncəsi iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub.
“Qəbələ” – “Zirə” oyununda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 800 manat cərimə olunub. “Zirə”nin 21 nömrəli futbolçusu Hacıağa Hacılı qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.