Premyer Liqamızda yeni mövsümün püşkü atıldı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün püşkatma mərasimi keçirilib.

Rekord.az xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən mərasimə saat 15:00-da start verilib. Püşkatmada yeni mövsümün ilk turunda qarşılaşacaq komandalar müəyyənləşib.

Klub və KİV nümayəndələri üçün qapalı olan tədbir “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanıb.

Premyer Liqada da yeni mövsümdə 8 komanda – “Qarabağ”, “Neftçi”, “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Sabah”, “Səbail” və “Qəbələ” mübarizə aparacaq. İlk turda aşağıdakı qarşılaşmalar baş tutacaq:

Azərbaycan Premyer Liqası
1-ci tur

“Qarabağ” – “Sabah”
“Neftçi” – “Səbail”
“Sumqayıt” – “Keşlə”
“Qəbələ” – “Zirə”

Qeyd edək ki, çempionata avqustun 21-də start veriləcək. Birinci turun görüşlərinin dəqiq vaxtı yaxın günlərdə açıqlanacaq.