
Premyer Liqanın 4 klubu cərimələndi
- 14:20
- 37
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, Premyer Liqanın 24-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Sumqayıt” komandası 700 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Səbail” oyununda “Araz-Naxçıvan” komandasında 5 nəfər sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilib.
“Qarabağ” – “Sabah” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Qarabağ” klubu 500 manat cərimə edilib.
“Şamaxı” – “Turan Tovuz” oyununda “Şamaxı” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Şamaxı” komandası 700 manat cərimə edilib.