Premyer Liqanın daha bir klubu maaşları azaltdı
- 11 Apr 2020 16:43
- 604
İngiltərənin “Vest Hem” klubu koronavirus pandemiyasına görə maliyyə itkilərini minimuma endirmək üçün futbolçuların maaşlarını azaldıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə, komandanın baş məşqçisi Devid Moyesin, klubun vitse-prezidenti Karen Bredi və maliyyə direktoru Endi Molletin məvaciblərinin 30 faiz azaldıldığı bildirilib.
Futbolçuların məvaciblərinin nə qədər azaldıldığı isə açıqlanmayıb. Bundan əlavə, klubun səhmdarları maliyyə sabitliyini qorumaq üçün 30 milyon funt-sterlinq büdcəyə kömək edib.
Bundan əvvəl İngiltərənin “Sauthempton” klubu da futbolçuların məvaciblərini azaltmışdı.