İngiltərənin “Uotford” klubunun futbolçusu Kristian Kabasele Premyer Liqanın bərpa vaxtı haqda danışıb.

Rekord.az xəbər verir ki, “goal.com”a açıqlama verən Kabasele, Premyer Liqanın iyunun 12-də bərpa olunmayacağını deyib:

“Premyer Liqanın iyunun 12-də bərpa olunması mümkün deyil. Çünki uzun fasilədən sonra üç həftədən az məşq edib, meydana çıxmaq riskli ola bilər. Məlumatın düzgünlüyündən əmin deyiləm, ancaq düşünürəm ki, Premyer Liqa iyunun 12-də başlamayacaq”.