Premyer Liqanın taleyinə mayın 1-də aydınlıq gələcək
- 28 Apr 2020 18:40
- 691
Koronavirus pandemiyası səbəbiylə dayandırılan İngiltərə Premyer Liqasının taleyi ilə bağlı növbəti iclas keçiriləcək.
Rekord.az xəbər verir ki, Premyer Liqa klublarının iştirakı ilə keçiriləcək videokonfrans mayın 1-də baş tutacaq. Konfransda klubların mayın 9-dan məşqlərə başlaması və oyunların azarkeşsiz keçirilməsi məsələsi müzakirə olunacaq. Ölkənin mədəniyyət və idman katibi Oliver Dauden liqanı davam etdirmək üçün Premyer Liqa rəhbərliyi ilə danışıqlar apardığını təsdiqləyib:
“Mövsümü ən qısa müddətdə bərpa etmək, eyni zamanda, futbol ictimaiyyətinə dəstək olmaq məqsədiylə Premyer Liqa rəhbərliyi ilə danışıqlar aparıram. Ancaq bu cür istənilən addım xalqın sağlamlığına dair tövsiyələrə uyğun olmalıdır”.
Çempionatın iyunun əvvəlində bərpa olunacağı deyilir.