Azərbaycanı Konfrans Liqasında təmsil edən “Sabah” klubunun rəsmi müraciəti, “Şamaxı” klubunun rəsmi razılıq məktubu, Peşəkar Futbol Liqasının qərarı ilə “Sabah” klubunun növbəti mərhələyə daha yaxşı hazırlaşması və mümkün zədələrin qarşısının alınması məqsədi ilə 1-ci turun “Şamaxı” – “Sabah” oyunu ilə, 18-ci turun “Sabah” – “Şamaxı” oyununun yeri dəyişdirilib.

Rekord.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Qeyd edilib ki, komandaların əvəzedici heyətləri arasında görüş əvvəlcədən açıqlandığı kimi baş tutacaq.

I tur 
4 avqust (bazar)

“Sabah” – “Şamaxı”
“Bank Respublika Arena”, 17:30