Futbol üzrə İngiltərə Premyer Liqasının yeni prezidenti müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu posta Qari Hoffman təyin olunub.

Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Xəbərdə Hoffmanın vəzifəsinin icrasına iyunun 1-dən başlayacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, hazırda Premyer Liqaya Klaudiya Arni rəhbərlik edir. Lakin o, bu turnirə müvəqqəti prezident təyin olunub.