Premyer Liqaya gəlmək ehtimalı olan daha bir klubNövbəti mövsümdən Premyer Liqada komanda sayının artırılacağına dair söhbətlər yenə gündəmə gəlməyə başlayıb.

Rekord.az xəbər verir ki, daha çox “Kəpəz”in adı çəkilsə də ikinci bir klubun olacağı da dəqiqdir.

Yəni say artımı olacaqsa, bu, bir yox, iki komandanın sayəsində olacaq. İkinci klubla bağlı bir neçə variant səslənir. Bizə çatan məlumata görə, bu sıraya MOİK-in də adı əlavə olunub. 44 günlük zəfər savaşından sonra MOİK-in də orduya layiq çıxış etməsinin vacibliyi nəzərə alınıb. Düzdür, hələ ki, bu haqda qəti qərar verilməyib. Lakin Müdafiə Nazirliyi qəti qərar versə, AFFA ilə danışıqlar başlanacaq.