Premyer Liqaya qayıtmağa əsas namizəd
- 22 Mar 2024 14:00
- 524
Hazırda I Liqada 4-cü pillədə qərarlaşmasına baxmayaraq, Premyer Liqaya əsas namizəd "Şamaxı"dı.
Rekord.az-a daxil olan məlumata görə, AFFA-nın siyahısında ilk yerdə məhz bu klubun adı gəlir.
Bunun səbəbi isə bu komandanın infrastruktur baxımından lisenziyalaşdırmanın tələblərinə tam cavab verməsidir. "Qaradağ Lökbatan" və MOİK-in, ümumiyyətlə, infrastrukturu yoxdur. 3-cü pillədə qərarlaşan "İmişli"nin isə stadionu Premyer Liqanın tələblərinə cavab vermir.