Avarçəkmə üzrə “Prezident Kuboku-2023” beynəlxalq reqatasında iştirak üçün Azərbaycana gələn Şimali Makedoniya yığmasının üzvü Aleksey Çakareskinin uzun səfərdən sonra səhhətində problem yaranıb.

Rekord.az xəbər verir ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən dərhal təxirəsalınmaz tədbirlər görülüb.

İdmançı artıq həkim müayinəsindən keçib. Hazırda onun səhhətində hər hansı problemin olmadığı bildirilib.

Özünü yaxşı hiss edən Aleksey Çakareski komandası ilə birlikdədir.