"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb.

Rekord.az xəbər verir ki, medalları Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəisi Elnur Məmmədov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov və Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç təqdim ediblər.

Kayak üzrə 200 metr məsafəyə yürüşdə Azərbaycan təmsilçisi Amil Ramazanov (2006-2007 təvəllüdlü idmançılar) bürünc medal qazanıb.

Reqata mayın 3-də başa çatacaq.