Problem yoluna qoyulur, "Sumqayıt" "Kapital Bank Arena"ya dönməyəcək
- 19 Avq 2024 13:00
- 414
"Mehdi Hüseynzadə adına" Sumqayıt şəhər stadionunun komunal borcları hələ də qalmaqdadır.
Rekord.az xəbər verir ki, hətta iş məhkəmə səviyyəsinə qədər gedib çıxıb və "Azərsu" ilə "Azərişıq" hər an stadionun komunal xidmətlərini dayandıra bilər.
Belə olan halda "Sumqayıt"ın "Kapital Bank Arena"ya dönmək məcburiyyəti yaranacaqdı. Lakin aldığımız son məlumata görə, sözügedən təhlükə aradan qalxıb. Belə ki, klub rəhbərliyi məsələni yoluna qoyub. Düzdür, borclar hələ ki, ödənməyib. Amma güman ki, ödənməsi üçün möhlət alınacaq. Yəni stadionun su və elektrikinin kəsilmək ehtimalı yoxdur və "Sumqayıt" əsas stadionda oynamağa davam edəcək.