"Kauserispor"un baş məşqçisi Robert Prositneçki gözünü Azərbaycandan tanıdığı iki futbolçuya dikib.

 

Rekord.az sportinfo.az-a istinadla xəbər verir ki, söhbət "Qarabağ"da forma geyinən Bədavi Hüseynovla, Mahir Əmrəlidən gedir.

 

Onların Ağdam klubu ilə müqaviləsi davam edir. Bədavidən fərqli olaraq, Mahir Super Liqaya getməyə həvəslidir. Sadəcə, Çempionlar Liqasına hazırlaşan «Qarabağ»ın aparıcı hücumçusu ilə vidalaşması inandırıcı görünmür.