PSJ 75 milyon, üstəlik, bonus da verir
- 24 İyn 2021 12:20
- 539
PSJ “İnter”in futbolçusu Əşrəf Hakimini transfer etməkdə israrlıdır.
Rekord.az xəbər verir ki, parislilər “İnter” rəhbərliyi və futbolçunun agenti ilə danışıqları davam etdirirlər.
PSJ-nin 22 yaşlı futbolçuya görə son təklifi belə olub – 75 milyon avro, üstəgəl, bonus.
Məlumata görə, Paris nəhəngi bu transferi reallaşdırmağa çox yaxındır. Futbolçu ilə “Çelsi” də maraqlanır. Londonluların təklifi 60 milyon avro + futbolçu olmuşdu. Amma bu təklif qəbul edilməmişdi.
Hakimi başa çatan mövsümdə 37 oyun keçirib, 7 qol vurub, 8 qol ötürməsi edib.