photo

PSJ Avropada yeni rekorda imza ata bilər

  • 2019-10-22 20:48
  • 68

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında yeni rekord qeydə alına bilər.

Rekord.az xəbər verir ki, PSJ qrup mərhələsində 3 turdan sonra növbəti mərhələyə vəsiqə qazanan ilk klub ünvanına sahib çıxa bilər.

Bunun üçün Paris təmsilçisinin səfərdə qarşılaşacağı Belçika “Brügge”sinə qalib gəlməli, İstanbulda keçiriləcək “Qalatasaray” (Türkiyə) - “Real” (İspaniya) matçında isə heç-heçə qeydə alınmalıdı.

PSJ ilk iki turda “Real” və “Qalatasaray”a qalib gəlib. İstanbuldakı görüş heç-heçə yekunlaşsa, ardıcıl üçüncü qələbə sayəsində xalını 9-a çatdıracaq Paris klubu 1/8 finala vəsiqəni təmin etmiş olacaq. Çünki qrupdakı digər klubların hər birində cəmi 2 xal olacaq.

UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, PSJ buna nail olsa, ÇL tarixində 3 turdan sonra qrupdan çıxmağı bacaran ilk kluba çevriləcək.

ÇL-dən fərqli olaraq, Avropa Liqasında bir dəfə belə bir uğura imza atılıb. Portuqaliyanın “Sportinq” klubu 2011/12 mövsümündə cəmi 3 tura növbəti mərhələyə vəsiqəni təmin edib.
 

Son xəbərlər