Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

İngilətərənin “Liverpul” klubu ilk matçda 2:0 hesabı ilə qalib gəldiyi Almaniya “Leypsiq”ini pandemiya səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da qəbul edib. Komandalar arasında birinci görüş də bu stadionda baş tutmuşdu. İngiltərə çempionu bu oyunda da inamlı qələbə qazanmaqla 1/4 finala vəsiqəni təmin edib.

Digər matçda isə PSJ Fransada İspaniyanın “Barselona” klubu ilə münasibətlərinə aydınlıq gətir. İlk iboyunda 4:1 hesabı ilə qalib gələn Paris təmsilçisi 1/4 finala daha yaxın idi. Fransa çempionu bu üstünlüyünü qorumağı və növbəti mərhələyə yüksəlməyi bacarıb.

Qeyd edək ki, daha öncə 1/4 finalın iki iştirakçısı məlum idi. Almaniyanın “Borussiya” (Dortmund) və Portuqaliyanın “Portu” klubları da növbəti mərhələyə vəsiqə qazanıblar. 1/8 finalın digər 4 matçı isə 16-17 martda baş tutacaq.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları

10 mart

Liverpul (İngiltərə) – Leypsiq (Almaniya) 2:0 (ilk oyun – 2:0)
Qol: Salah, 71. Mane, 74.
Budapeşt. “Puşkaş Arena”.

PSJ (Fransa) – “Barselona” (İspaniya) 1:1 (4:1)
Qol: Mbappe, 31-pen – Messi, 37.
Paris. “Park de Prins”.