Fransanın PSJ klubu baş məşqçisi Kristofer Qaltye ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.

57 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Xatırladaq ki, fransalı baş məşqçi ötən ilin yayında klubla iki illik sözləşmə imzalamışdı. O, PSJ-ni geridə qalan mövsümdə Fransa çempionu edib.