PSJ Çempionlar Liqası ilə bağlı qərarını verdi
- 29 Apr 2020 15:43
- 593
PSJ mübarizəni davam etdirdiyi Çempionlar Liqası ilə bağlı qərarını verib.
Rekordl.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu ölkədə sentyabra kimi matçların oynanılmamayacağı açıqlanmasına baxmayaraq, ÇL-də mübarizəni davam etdirmək qərarına gəlib. PSJ-nin ev oyununu ölkə xaricində keçirməyə razı olduğu vurğulanıb.
Məlumatı klubun sahibi Nasser El Xelafi təsdiqləyib. O, hökumətin qərarına hörmətlə yanaşdıqlarını və ölkə xaricində olsa belə, ÇL-də mübarizəyə davam edəcəklərini söyləyib.
Qeyd edəkk ki, PSJ ÇL-in 1/8 finalında "Borussiya"nı turnirdən kənarlaşdıraraq 1/4 finala yüksəlib.
Xatırladaq ki, Fransa çempionatında bu mövsüm koronavirus səbəbindən ləğv olunub.